Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
İnsayder Florian Plettenberq: "Mançester Yunayted" qapıçısı David de Xeanı saxlamaq niyyətində deyil. Gələn yay müqaviləsi başa çatacaq əlcək ustası ilə sözləşmə yenilənməyəcək. 32 yaşlı ispaniyalı futbolçu komandada qalmaq istəsə də, baş məşqçi Erik ten Haq "Mançester Yunayted"ə yeni "1" nömrə axtarışındadır. De Xea gələn ilin may ayında klubu azad agent kimi tərk edə bilər.
Rəsmi: İngiltərə Futbol Assosiasiyası millisinin baş məşqçi vəzifəsi ilə bağlı qərar verib. Hazırki çalışdırıcı Qaret Sautqeyt postunda qalacaq. 52 yaşlı mütəxəssis komandanı AVRO-2024-ə hazırlayacaq.
İngiltərə yığmasının DÇ-2022-nin 1/4 finalında Fransaya uduzaraq mübarizəni dayandırmasına baxmayaraq, ölkənin futbol assosiasiyası Sautqeyd və köməkçisi Stiv Hollanda etimad göstərib.
Qeyd edək ki, İngiltərə millisi Qaret Sautqeytin rəhbərliyi altında DÇ-2018-in yarımfinalına çıxıb və AVRO-2020-nin qalibi olub.
"Sky Sports": "Brayton"un yarımmüdafiəçisi Moyzesa Kaysedo "Çelsi" və "Liverpul"un diqqət mərkəzindədir. Ancaq hələ heç bir klub Ekvador millisinin üzvü ilə danışıqlara başlamayıb. "Brayton" rəhbərliyi isə Kaysedonu satmaq fikrində deyil. Onlar 21 yaşlı futbolçu ilə 2025-ci ilə qədər müqavilə bağlamaq niyyətindədirlər.
Röya Kərimli