"Mançester Yunayted"dən ayrıldıqdan sonra hələ də özünə klub tapa bilməyən Kriştianu Ronaldunun karyerasını yenə İngiltərədə davam etdirəcəyi gözlənilir.
Fanat.Az xəbər verir ki, "Arsenal" portuqaliyalı hücumçunu transfer etmək istəyir.
Məlumatı "Sportskeeda" yayıb. Mənbənin məlumatına görə, “topçular”ın baş məşqçisi Mikel Arteta şəxsən Ronaldu ilə danışıq aparır.
"Arsenal" bir neçə aydır ki, əsas hücumçusu Qabriel Jezusu zədə səbəbindən itirib və onun yerinə forvard axtarışındadır. Londonlular azad agent olan Kriştianuya 2022/2023 mövsümünün sonuna qədər müqavilə təklif etməyə hazırlaşır.
Mirağa