Fransa millisində karyerasını başa vurmağa qərar verən "Real Madrid"in 35 yaşlı hücumçusu Kərim Benzemanın yenidən yığmaya qayıtması mümkündür.
Fanat.Az "Footmercato"ya istinadən xəbər verir ki, bu, Didye Deşamın baş məşqçi postundan getməsi və onun yerinə Zinəddin Zidanın gəlməsi halında reallaşa bilər.
Məlumata görə, Deşamın gələcək taleyi gələn ilin əvvəlində müəyyənləşəcək. Lakin daha əvvəl onunla müqavilənin AÇ-2024-ə qədər uzadılacağı bildirilirdi.
Xatırladaq ki, 2022-ci il dünya çempionatı başlamazdan əvvəl Benzema zədələnərək sonda Qətərdəki turniri buraxıb. Fransa yığması isə finala yüksəlib və həlledici oyunda Argentinaya penaltilər seriyasında uduzub.
Mirağa