"Layptsiq"in və Xorvatiya millisinin 20 yaşlı stopperi Yoşko Quardiol Qətərdə keçirilən dünya çempionatındakı oyunları ilə özünə qarşı rəğbət oyatsa da, son hərəkəti başına bəla ola bilər.
Fanat.Az xəbər verir ki, "Croatian Footbal" bürünc medal qazanan futbolçunun əylənərkən içki və siqaretlə olan görüntülərini yayıb.
Joško is certainly partying 😅 pic.twitter.com/iQ80Po8PlX
— Croatian Football 🥉🇭🇷 (@CroatiaFooty) December 19, 2022
Onun siqaret çəkərkən görüntülənməsi İngiltərədə birmənalı qarşılanmayıb. "British Express" qəzeti "Mançester Siti" və "Çelsi"nin 110 milyon avro qiymət təklif etdikləri Quardiolaya münasibətlərinin dəyişə biləcəyini iddia edib.
Mirağa