Braziliyanın "Palmeyras" klubu "Zenit"in yarımmüdafiəçisi Klaudinyonu heyətinə qatmaq üçün hərəkətə keçib.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, Braziliya təmsilçisinin nümayəndələri bu həftə futbolçunun agenti ilə görüşməyi planlaşdırır.
Xəbərə görə, yanvaradək keçidi rəsmiləşdirməyi hədəfləyən "Palmeyras" bossları Rusiya klubundan məbləğ məsələsində müəyyən güzəşt istəyəcək. Mənbə "Zenit" rəhbərliyinin Klaudinyo üçün həmyerlilərindən 15-17 milyon avro tələb edəcəyini vurğulayıb. Futbolçunun özünün vətənə qayıtmaqda maraqlı olduğu da bildirilib.
Xatırladaq ki, Klaudinyo "Zenit"də 2021-ci ilin yayından forma geyinir. Bu mövsüm Sankt-Peterburq komandasında ümumilikdə 18 matça çıxan oyunçu 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat