Azərbaycan çempionatında sonuncu - 10-cu yerdə qərarlaşan "Səbail"də maaş problemi yaranıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, komandanın noyabr ayı üçün məvacibi hələ də ödənilməyib.
Baxmayaraq ki, artıq dekabr sona çatmaq üzrədir.
Klubun icraçı direktoru Fərəc Əliyev saytımıza açıqlamasında xəbəri təsdiqləyib: "Düz eşitmisiniz, ötən ayın maaşı ödənilməyib. Ancaq bu, komandanın nəticələri ilə bağlı deyil. Ötən illərdən fərqli olaraq, bu mövsüm bizdə maddi sıxıntı olmayıb. Sadəcə, sənədləşmə ilə bağlı problem yaranmışdı. Onu da yoluna qoyduq. Artıq köçürmə edə bilərik. Çatdırsaq bu gün, alınmasa, sabah maaşlar veriləcək. Durumla bağlı məşqçi heyəti və futbolçuları əvvəlcədən məlumatlandırmışdıq".
Mirağa