Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Turan Tovuz”la “Kəpəz” arasında keçirilmiş cavab oyununa matçın son dəqiqələrində təyin olunmayan penalti damğa vurdu.
Fanat.Az xəbər verir ki, Gəncə klubu cərimə meydançasında Mate Kvirkviyaya qarşı kobud oyuna görə penalti verilməli olduğu iddiasındadır.
Lakin matçın baş hakimi Rəvan Həmzəzadə Tovuz şəhər stadionunda baş tutan matçda VAR görüntülərini izlədikdən sonra “Turan Tovuz”un qapısına penalti təyin etməyə ehtiyac görmədi. Buna isə mübahisəli epizoddan öncə “Kəpəz”in futbolçusunun topu qolu ilə cərimə meydançasına göndərməsi səbəb olub.
Həmin görüntüləri təqdim edirik: