Bu gün AFFA-nın inzibati binasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub.
Fanat.Az xəbər verir ki, Sənan Qurbanov və Zaur İsmayılova diplom və sertifikatları AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və Təhsil proqramın rəhbəri Aslan Kərimov təqdim edib.