Fransa millisinin baş məşqçisi Didye Deşam hazırki vəzifəsində işə davam etməyə hazırdır.
Fanat.Az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.
Mənbənin məlumatına görə, mütəxəssisə 2026-cı il dünya çempionatına qədər müqavilə təklif olunarsa, qalacaq. Yanvarda o, Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre ilə gələcəyini müzakirə edəcək.
Həm Le Qre, həm də Fransa prezidenti Emmanuel Makron Deşamın milli komandanın başında qalmasını istəyir. Onun rəhbərliyi altında 2018-ci ildə dünya çempionu olan “üçrənglilər” DÇ-2022-nin finalına çıxıb və Argentinaya penaltilər seriyasında uduzub.
Mirağa