İran çempionatında iki aylıq fasilə dünən başa çatıb.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti oyununu keçirilib.
Təbrizlilər 12-ci tur çərçivəsində səfərdə "Paykan"la qarşılaşıb. "Qırmızı qurdlar" birinci hissəyə əlavə olunmuş dəqiqələrdə Məhəmmədrza Abbasinin vurduğu yeganə qol sayəsində səfərdən 3 xalla dönməyi bacarıb.
Beləliklə, fasilə müddətində "Traktor"un sükanı arxasına keçən ispan baş məşqçi Pako Xemes yeni postunda ilk oyunundan qalib ayrılıb. Komanda bu qələbə sayəsində turnir cədvəlindəki mövqeyini bir pillə yaxşılaşdırıb.
“Traktor” 12 turdan sonra 18 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.