"Roma"nın müdafiəçisi Kris Smollinq karyerasını Milan klubunda davam etdirə bilər.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, "İnter" Smollinqin agentləri ilə mümkün keçidlə bağlı danışıqlar aparıb.
33 yaşlı ingilis müdafiəçi mövsümün sonunda, müqaviləsi başa çatdıqdan sonra "Roma"dan ayrıla bilər. "Yuventus" da onunla müqavilə bağlamaqda maraqlıdır.
Futbolçunun Roma klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi qüvvədədir. "Transfermarkt"in səkkiz milyon avro dəyərində göstərdiyi Smollinq bu mövsüm "Roma"nın heyətində bütün turnirlərdə 21 oyuna çıxıb və 3 qol vurub.
Mirağa