12:00 21.12.2022 1294

Günün transfer xəbərləri: "Yuventus" ulduz futbolçusunu itirə bilər

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Goal": "Aston Villa"nın hücumameyilli yarımmüdafiəçisi Filippe Koutinyo Braziliyaya qayıtmaq istəyir. "Liverpul" və "Barselona"nın sabiq futbolçunun xidmətində "Korintias" klubu maraqlıdır. Kountinyonun menecerinin Braziliya təmsilçisinin rəhbərliyi ilə münasibəti yaxşıdır. Lakin "Korintias"ın Filippe üçün yüksək ödəniş edəcəyi real görsənmir. Transferin ancaq icarə əsasında olacağı gözlənilir. 

Qeyd edək ki, "Aston Villa" Koutinyonu bu ilin yazında "Barselona"dan 20 milyon avro qarşılığında alıb. Ancaq sözləşməyə əsasən, Birminqen təmsilçisi futbolçunu satacağı halda, "Barselona" braziliyalıdan əldə edilən qazancın 50 faizini alacaq. Kountinyo cari mövsüm İngiltərə Premyer Liqasında 12 matçda meydana çıxıb, ancaq fərqlənməyə müvəffəq olmayıb. 

"Football Italia": "Yuventus"un ulduz futbolçusu Duşan Vlahoviç klubu tərk edə bilər. Bu barədə serbiyalı hücumçunun meneceri məlumat verib. 22 yaşlı forvard yanvarda klubunu dəyişmək fikrindədir. "Arsenal", "Çelsi" və "Mançester Yunayted" Vlahoviçin keçidində maraqlıdır. 

"The Telegraph": "Tottenhem" baş məşqçisi Antonio Konteni itirə bilər. Klub rəhbərliyi çalışdırıcı ilə müqaviləni yeniləmək üçün maaşına əlavə 1 milyon əlavə etməyə də hazırdır. Ancaq Konte yeni sözləşmə imzalamağa tələsmir və istədiyi futbolçuları almaqda ona maliyyə şəraiti yaradılacağına əmin olmaq istəyir. 

"Marca": İsko bu ilin avqust ayında keçdiyi "Sevilya"dan getmək istəyir. Tərəflər arasında 2 illik müddətinə bağlanan sözləşməyə xitam veriləcəyi gözlənilir. Buna səbəb isə İsko ilə klubun idman direktoru Roman Monçi arasında konflikt yaşanmasıdır. 

İsko komandasının heyətində bütün turnirlərdə 19 matçda iştirak edib və 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X