Belçika kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” bu mərhələdə "Serkl Brügge" ilə qarşılaşıb.
"Camışlar" matçın əsas vaxtı ərzində rəqibinin müqavimətini qıra bilməyib. Yalnız əlavə vaxtda - rəqib azlıqda mübarizə aparıb - 2 cavabsız qol vuran "Gent" 1/4 finala adlayıb. Hüqo Kaypers 109-cu, Malik Fofana 119-cu dəqiqədə fərqləniblər.
Xatırladaq ki, "Qarabağ"la "Gent"in ilk oyunu fevralın 16-da Bakıda keçiriləcək. Cavab görüşü isə həmin ayın 23-də Belçikada baş tutacaq.
Mirağa