Futbol üzrə Argentina milli komandasının Buenos-Ayresdə keçirilən çempionat paradı zamanı faciə baş verib.
Fanat.Az “First Sport”a istinadən xəbər verir ki, izdiham zamanı xeyli insan xəsarət alıb və onlardan 2-si dünyasını dəyişib.
Onlardan biri hündürlükdən yıxılıb, digəri isə boğularaq ölüb.
Çempionatın paradı zamanı Argentina millisinin avtobusuna dırmanmaq istəyən daha azı 30 azarkeş xəsarət alıb. Belədə təşkilatçılar oyunçuları helikopterlərlə paraddan uzaqlaşdırıblar.
Xatırladaq ki, Argentina 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında Fransaya qalib gələrək tarixində üçüncü dəfə çempion olublar.
Mirağa