"Şamaxı" klubunda ayrılıq baş tutub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, yarımmüdafiəçi Samir Qurbanovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Şamaxı" klubu Qurbanova göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.