Fransa millisi Qətərdə baş tutan DÇ-2022-nin finalında penalti seriyasında Argentinaya uduzaraq çempionluq titulundan məhrum olub.
Fanat.Az xəbər verir ki, sosial şəbəkələrdə final oyununun fasiləsində Fransanın soyunub-geyinmə otağından video yayılıb.
Videoda bir az sonra komandasının baş qəhrəmanına çevrilən Kilian Mbappenin əsas söz sahibi olduğu görünür. Baş məşqçi Didye Deşam isə soyunub-geyinmə otağında gəzişib və susub.
Mbappe komanda yoldaşlarını belə motivasiya etməyə çalışıb: "Bu, həyatımızın oyunudur. Biz özümüzə bənzəmirik. Bundan betər ola bilmərik. Amma geri qayıda bilərik".
Mirağa