İspaniyalı futbolçu İsko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, “Sevilya”nın yarımmüdafiəçisi “Vulverhempton”un maraq dairəsinə düşüb.
Bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
İddiaya görə, La Liqa təmsilçisi ulduz futbolçu ilə müqaviləni pozmağa hazırlaşır. Belə olan halda, "qurdlar" ispaniyalını azad agent statusu ilə ələ keçirəcək.
Mirağa