Bu mövsüm çempionluğu hədəfləyən və lidüerdən cəmi 2 xal geri qalan "Qalatasaray" qış transfer dönəminə ciddi hazırlaşır.
Fanat.Az "Spor Arena"ya istinadən xəbər verir ki, İstanbul nəhəngi ilk növbədə iki aparıcı legionerinə gələn təklifləri geri çevirməyi qərara alıb.
Söhbət "Sevilya"nın israrla istədiyi danimarkalı müdafiəçi Viktor Nelsson və A Seriyası klublarının maraq göstərdiyi uruqvaylı yarımmüdafiəçi Lukas Torreyradan gedir. "Qalatasaray" hər iki futbolçunu mövsümün sonuna kimi sıralarında saxlamaq istəyir.
Əlavə olaraq, "sarı-qırmızılar" "Brayton"da çıxış edən türk əsilli 27 yaşlı hücumçu Dəniz Ündavı 1,5 il müddətinə icarəyə götürməyə hazırlaşır. Bundan başqa, "Tuluza"da çıxış edən Branko van den Bumen də namizədlər arasındadır. Onun hazırkı klubu ilə müqaviləsinin müddəti 2023-cü ilin iyununda başa çatacaq. 27 yaşlı niderlandlı futbolçunun qışda "Qalatasaray"a keçməyə isti yanaşdığı bildirilir.
Mirağa