"Barselona" hücumçusu Ansu Fatini satmağa hazırdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisinin rəhbərliyi artıq əsas heyətdəki yerini itirən 20 yaşlı Fatinin klubun əsas simalarından birinə çevriləcəyinə inanmır. Ardıcıl zədələr üzündən potensialını tam aça bilməyən gənc forvardın 80 milyon avroya satılacağı vurğulanıb.
Xatırladaq ki, daha öncə Ansu özü "Barselona"da az oynadığından şikayətlənmiş, komandadan gedə biləcəyinə eyham vurmuşdu. Bu mövsüm 20 oyunda 700 dəqiqə meydanda olan hücumçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Nihat