Polşa Futbol İttifaqı rəsmi saytı vasitəsi ilə baş məşqçi Çeslav Mixneviçin postundan göndərildiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, mütəxəssisin dekabrın 31-də iş yerini rəsmən tərk edəcəyi vurğulanıb.
Eyni mənbəyə danışan futbol qurumunun prezidenti Tsezar Kuleş 11 aylıq fəaliyyətinə görə Mixneviçə təşəkkür edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Kuleş yeni baş məşqçinin adını açıqlamağa tələsmədiklərini, bu yöndə işlər getdiyini deyib.
Xatırladaq ki, Polşa seçməsi DÇ-2022-nin 1/8 finalında Fransaya uduzaraq (1:3) mübarizəni dayandırmışdı.
Nihat