Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin əfsanəvi hücumçusu Pelenin son durumu bəlli olub.
Fanat.Az xəbər verir ki, 82 yaşlı futbol veteranı böyrək və ürək problemlərinə görə Milad bayramını xəstəxanada keçirəcək
Ağır xəstə olmasına baxmayaraq, Pele "Instagram" vasitəsilə hələ də pərəstişkarları ilə əlaqə saxlayır. Braziliyalı jurnalist Milton Neves məşhur futbolçunun xəstəxanadan son görüntülərini yayımlayıb. Əfsanəvi forvard özünü gümrah göstərməyə çalışıb:
E olha aí nosso eterno Rei ainda no Albert Einstein. Força, gênio, eu te amo Pelé! pic.twitter.com/yd0tqaXMu9
— Milton Neves (@Miltonneves) December 21, 2022
Mirağa