“Bakı”nın prezidenti Hafiz Məmmədov almaq istədiyi Fransanın “Lans” klubu haqda şok qərar çıxarılıb. Apasport.az saytının məlumatına görə, komandanın çıxış etdiyi II liqanın idarəetmə üzrə nəzarəti həyata keçirən milli komissiyası onun kənarlaşdırılmağı ilə bağlı qərar çıxarıb.
Belə ki, buna səbəb kimi “Lans”ın vaxtında lazımı maliyyə təminatını təqdim etməməyi göstərilib. Bildirilir ki, komissiyanın keçirilən iclasında yalnız komandanın köhnə sahibləri iştirak edib. Çünki azərbaycanlı iş adamının da sırasında olduğu yeni rəhbərlik hələ klubun işlərini görə bilməz.
Klubun satışı ilə rəsmi sözləşmə yalnız iyulun 5-də həyata keçiriləcək. Bunadn 1 gün öncə isə komissiyanın yeni iclası keçiriləcək ki, orada yeni sahiblər bütün lazımı maliyyə təminatını təqdim etməlidir. Bundan sonra klub II liqaya qaytarılacaq.
Qeyd edək ki, “Lans” baş məşqçi postuna az öncə yerli mütəxəssis Antuan Kombuareni təyin edib.
İdman24.az