"Liverpul"un Entso Fernandeslə bağlı xəyalları suya düşüb.
Fanat.Az xəbər verir ki, DÇ-2022-də dünya çempionatı adı qazanan 22 yaşlı futbolçunu klubu "Benfika" "qırmızı şeytanlar"a satmayıb.
Portuqaliyanın "Record" saytının yazdığı xəbərə görə, İngiltərə klubu Entso üçün 100 milyon avro təklif edib, lakin "Benfika" bu məbləği az hesab etdiyi üçün təklifi geri çevirib.
Qeyd edək ki, Fernandesin müqaviləsində buraxılış qiyməti 120 milyon avro olaraq qeyd olunub.
Röya