Azərbaycan milli komandasının voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi Macarıstanın "Vaşaş" klubu Çempionlar Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Budapeşt təmsilçisi qrup mərhələsinin 2-ci turunun matçında evdə “Rjeşov”la (Polşa) üz-üzə gəlib və 2:3 hesabı ilə məğlub olub. Beləliklə, Macarıstan çempionu turnirdə ilk xalını qazanıb.
Millimizin kapitanı matç ərzində 7 xal toplayıb.
“Vaşaş” qrupda xalı olmayan “Müluz”u (Fransa) qabaqlayaraq üçüncü pillədə qərarlaşıb. "Konegliano" (İtaliya) 6 xalla lider, "Rjeşov" (5 xal) ikincidir.