Azərbaycan Premyer Liqa təmsilçiləri yeni il bayramından dərhal sonra, başqa sözlə, gələn həftənin ilk iş günündən etibarən qış hazırlıqlarına başlayacaqlar. Bəziləri Bakıda bir araya gələcək və bərpa məşqlərinin ardından, bəziləri isə bir neçə gün sonra birbaşa ölkə xaricində toplaşıb təlim-məşq toplanışına start verəcəklər.
Fanat.Az klublarımızın hazırlıq planları ilə məlumatları ümumiləşdirib.
Qeyd edək ki, 10 komandanın hamısı ölkə xaricinə, daha doğrusu, Türkiyənin Antalya şəhərinə yollanacaqlar. Premyer Liqa təmsilçilərindən 4-ü Belek, 3-ü Lara, 2-si Manavqat, 1-i isə kemer bölgəsində məskunlaşacaq. Qardaş ölkəyə ilk olaraq "Zirə" gedəcək. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda yanvarın 2-də Antalyada üz tutacaqlar. Ən gec isə "Şamaxı" gedəcək. Əvəzində ən uzun hazırlıq dövrünü "Qarabağ" keçəcək. Ağdamlılar Antalyada 19 gün qalacaqlar.
Rəqiblərin də əksəriyyəti müəyyənləşib. Bu mənada yalnız bu mövsüm elitaya qayıdan "Kəpəz"lə "Turan Tovuz" qeyri-müəyyənlik içərisindədir. Bundan əlavə, "Sumqayıt"ın rəqiblərindən birinin kimliyinə hələ aydınlıq gəlməyib.
"Qarabağ"
Məkan: Antalya, Belek bölgəsi, "Gloriya Sport"
Toplanış müddəti: 19 gün (yanvarın 4-dən 23-nə qədər)
Sınaq görüşləri: 3
Oyun cədvəli
13 yanvar - “Poqon” (Polşa)
18 yanvar - “Rakuv” (Polşa)
18 yanvar - “Çukariçki” (Serbiya)
“Sabah”
Məkan: Antalya, Belek bölgəsi, "Titanik"
Toplanış müddəti: 12 gün (yanvarın 7-dən 19-na qədər)
Yoxlama oyunu: 2
Oyun cədvəli:
12 yanvar - “Varta” (Polşa)
18 yanvar - “Voyvodina” (Serbiya)
“Neftçi”
Məkan: Antalya, Belek bölgəsi, "Gloria Verde Resort"
Toplanış müddəti: 16 gün (yanvarın 4-dən 20-nə qədər)
Yoxlama oyunu: 4
Oyun cədvəli:
10 yanvar - “Vaşaş” (Macarıstan)
15 yanvar - “Medz Leqnisa” (Polşa)
15 yanvar - “Baçka Topola” (Serbiya)
19 yanvar - “Srvena Zvezda” (Serbiya)
"Zirə"
Məkan: Antalya, Lara bölgəsi, “İC Green Palace”
Toplanış müddəti: 16 gün (yanvarın 2-dən 18-nə qədər)
Yoxlama oyunu: 3
Oyun cədvəli:
10 yanvar - “Çindia” (Rumıniya)
17 yanvar - “Szeged-Csanad” (Macarıstan)
17 yanvar - “Radniçki” (Serbiya)
“Qəbələ”
Məkan: Antalya, Kemer bölgəsi, “Limak Limra”
Toplanış müddəti: 13 gün (yanvarın 4-dən 17-nə qədər)
Yoxlama oyunu: 2
Oyun cədvəli:
12 yanvar - “Sepsi” (Rumıniya)
16 yanvar - “Teplitse” (Çexiya)
“Turan Tovuz”
Məkan: Antalya, Manavqat bölgəsi, “The Sense Deluxe”
Toplanış müddəti: 11 gün (yanvarın 7-dən 18-nə qədər)
Yoxlama oyunu: 3
Oyun cədvəli: dəqiqləşməyib
“Şamaxı”
Məkan: Antalya, Manavqat bölgəsi, "Kamelya Selin"
Toplanış müddəti: 11 gün (yanvarın 8-dən 19-na qədər)
Yoxlama oyunu: 4
Oyun cədvəli:
11 yanvar - "Kaysar" (Qazaxıstan)
11 yanvar - "Botaşani" (Rumıniya)
18 yanvar - "Napredak" (Serbiya)
“Sumqayıt”
Məkan: Antalya, Lara bölgəsi, “Concord Deluxe”
Toplanış müddəti: 13 gün (5 yanvardan 18-nə qədər)
Yoxlama oyunu: 2
Oyun cədvəli:
12 yanvar - "Mezyokyoveşd-Jori" (Macarıstan)
17 yanvar - dəqiqləşməyib
"Kəpəz"
Məkan: Antalya, Belek bölgəsi, "Atlantic"
Toplanış müddəti: 12 gün (yanvarın 7-dən 19-na qədər)
Yoxlama oyunu: 3
Oyun cədvəli: dəqiqləşməyib
“Səbail”
Məkan: Antalya, Lara bölgəsi, "Miracle"
Toplanış müddəti: 14 gün (yanvarın 3-dən 17-nə qədər)
Yoxlama oyunu: 3
Oyun günü:
8 yanvar - "Legiya" (Polşa)
12 yanvar - "Bohemians" (Çexiya)
16 yanvar - "Spartak" (Serbiya)
Mirağa