PSJ-nin baş meneceri Jan-Klod Blan vəzifəsini tərk edib.
Fanat.Az xəbər verir ki, 59 yaşlı mütəxəssis Paris klubundan ayrıldığını sosial şəbəkə hesabından bildirib.
"Son on iki mövsüm mənim üçün böyük bir macəra oldu. PSJ-nin beynəlxalq idman gücünə çevrilməsinə kömək etdiyim üçün fəxr edirəm".
Fransa mətbuatı Jan-Klod Blanın yeni layihə üzərində işləmək üçün PSJ-dən ayrıldığını iddia edib. Onun tezliklə "Nitsa" klubunda vəzifə ala biləcəyi bildirilir.
Mirağa