Niderlandın PSV klubunun vingeri Kodi Qakponun yeni iş yeri rəsmən bəlli olub.
Fanat.Az Eyndhoven təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderland millisinin forvardını İngiltərə "Liverpul"una keçib.
Məlumatda 23 yaşlı vingerin Avropa nəhənginə keçidinin ölkədə qış transfer pəncərəsi açıldıqdan sonra reallaşacağı bildirilib. Qakponun sənədləri imzalamaq və lazımi prosedurlardan keçmək üçün İngiltərəyə yollanacağı diqqətə çatdırılıb. Tərəflər arasında müqavilənin detalları açıqlanmasa da, bunun PSV üçün rekord olacağı vurğulanıb.
Qeyd edək ki, Qakpo Qətərdə keçirilmiş son dünya çempionatında 5 oyuna 3 qol vurub . Ön xətt oyunçusu cari mövsüm PSV-də 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat