"Liverpul"un hücumçusu Darvin Nunyes İngiltərə Premyer Liqasının (İPL) XVII turu çərçivəsində keçirilən oyunda - "Aston Villa" ilə səfər matçında (3:1) mövsümün antirekorduna imza atıb.
Fanat.Az xəbər verir ki, Nunyes sözügedən qarşılaşmada 4 real qol imkanını qaçırıb ki, bu da cari mövsümdə ilk dəfə qeydə alınan nəticədir.
Bu mövsüm ümumilikdə 16 qol epizodunun 4-dən yararlana bilən uruqvaylı forvardın realizasiyası 25 faizdir. 23 yaşlı Darvin 10-dan çox qol imkanı qazanan İPL futbolçuları arasında ən qeyri-dəqiqidir.
Nihat