"Atletiko Madrid" belçikalı yarımmüdafiəçi Aksel Vitsellə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Xəbərə görə, Madrid təmsilçisi Vitselin müqaviləsindəki bəndi aktivləşdirmək, onunla əməkdaşlığı 2024-cü ilin yayına qədər davam etdirməyi planlaşdırır.
Belçika millisində çıxdığı 130 matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalan Aksel "Atletiko"ya bu ilin yayında, azad agent qismində qoşulub.
Nihat