2023-cü ildə keçiriləcək cüdo üzrə Bakı "Böyük Dəbilqə" turnirinin dəqiq tarixi məlum olub.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, turnir 22-24 sentyabr tarixlərində təşkil olunacaq.
Qeyd edək ki, 2022-ci ildə Bakı "Böyük Dəbilqə" yarışı 4-6 noyabrda baş tutub.