"Nottingem Forest"in yarımmüdafiəçisi Cessi Linqard sabiq klubu "Mançester Yunayted"lə bağlı tənqidi fikirlər səsləndirib.
Fanat.Az xəbər verir ki, keçən yay "qırmızı şeytanlar"dan azad agent kimi ayrılan futbolçu Mançester klubunu onu az oynatmaqda günahlandırıb.
"Goal" 30 yaşlı yarımmüdafiəçinin fikirlərini belə çatdırıb: “Problemin nə olduğunu bilmirəm. Siyasət idi, yaxud başqa bir şey - anlamıram. Mən hələ də buna cavab tapa bilməmişəm. İstərdim ki, kimsə mənə hörmət göstərərək izah etsin ki: “Bax, bna görə oynamamısan”. Yalnız yalan vədlər var idi.
Çox məşq edirdim və oynamağa hazır idim. Məşqdə çox çalışıb oynamırsansa, buna əsəbləşməmək olmur. Mançesterə yenidən qayıtmaq gözəl olacaq, amma bugünkü matçda qalib gəlmək istəyirik. Emosiyalara çox da qapıla bilmərəm".
Qeyd edək ki, "Nottingem Forest" İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində MY ilə bu gecə üz-üzə gələcək.
Mirağa