Rusiya Futbol İttifaqı (RFİ) Asiya Futbol Konfederasiyasına (AFK) keçidlə bağlı İcraiyyə Komitəsinin səsverməsini növbəti dəfə təxirə salıb.
Fanat.Az xəbər verir ki, qurumun mətbuat xidməti toplantının dekabrın 31-dək baş tutacağını bildirib.
RFİ-nin prezidenti Aleksandr Dyukov noyabrın 27-dəki açıqlamasında AFK-ya keçid məsələsinə dekabrın 23-də baxılacağını bildirsə də, İcraiyyə Komitəsinin iclası bu günə təxirə salınmışdı: “İcraiyyə Komitəsinin UEFA-dan AFK-ya keçmək barədə səsverməsi dekabrın 31-dək baş tutacaq”.
Qeyd edək ki, Ukraynaya təcavüzə görə fevralın 28-də UEFA və FIFA Rusiyanın klub və yığma komandalarını beynəlxalq yarışlardan kənarlaşdırıb.