Qadınlardan ibarət Azərbaycan voleybol millisinin üzvü Odina Əliyevanın yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Çində davam etdirəcək.
O, “Şenzen Jonqsay”la müqavilə imzalayıb. Əliyeva 2022-2023 mövsümünün sonunadək bu klubda çıxış edəcək.