Kataloniya mətbuatında bu gün PSJ-nin ulduzu Kilian Mbappenin "Barselona"ya keçəcəyi ilə bağlı yer alan xəbər əks-səda doğurub.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" bu iddia ilə Paris klubunun azarkeşlərini həyəcanlandırıb.
Belədə sözügedən mənbə açıqlama verməyə məcbur olub: bunun zarafatla yazıldığı bildirilib.
Məsələ burasındadır ki, bu gün İspaniya Simpletons Gününü - "1 Aprel"in analoqunu qeyd edir. Adətən, aekabrın 28-də İspaniyada komik xəbərlər dərc olunur.
Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 20 oyunda 19 qol vurub və 5 məhsuldar ötürmə edib. DÇ-2022-də isə o, 7 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.
Mirağa