“Mançester Siti”nin braziliyalı qapıçısı Ederson yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, cənubi amerikalı qolkiper bu nəticəni İngiltərə Premyer Liqasının XVII turunda - “Lids”lə səfər matçında (3:1) meydana çıxaraq reallaşdırıb.
O, “şəhərlilər”in "çərçivə" qoruyucusu qismində forma geyindiyi 197-ci oyunda 150-ci qələbəsini qazanıb. Ederson İPL-də 150 qələbəyə ən qısa müddətdə çatan oyunçu olub. Öncəki rekord “Mançester Yunayted”in sabiq müdafiəçisi Patris Evraya məxsus idi. Patris 150-ci zəfərinə 213-cü matçında sevinmişdi.
Nihat