Azərbaycan şahmatçısı Azər Mirzəyev Kolumbiyanın Kali şəhərində keçirilən turnirdə çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, 44 yaşlı qrossmeyster altı turdan sonra 4,5 xal toplayıb və əlavə göstəricilərə görə Coel Koridən (Peru) geri qalır. David Larino isə 5 xalla liderdir.
Qeyd edək ki, turnir 9 turdan ibarətdir.