Fransa millisinin və "Milan"ın müdafiəçisi Teo Ernandes karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Inter Live" yayıb.
Xəbərə görə, DÇ-2022-dən sonra "Real Madrid" 2017-2019-cu illərdə formasını geyinmiş Teonu transfer etmək qərarına gəlib. Adı PSJ, "Çelsi" və "Mançester Siti" kimi Avropa nəhəngləri ilə də yanaşı çəkilən 25 yaşlı oyunçunun məhz İspaniya nəhənginə keçmək ehtimalının daha yüksək olduğu vurğulanıb.
Xatırladaq ki, Ernandes DÇ-2022-nin gümüş medallarını qazanıb. "Transfermarkt" portalı onun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.
Nihat