"Mançester Siti" "Arsenal"ın futbolçusuna elçi düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Xəbərə görə, "şəhərlilər" Ben Uaytın xidmətində maraqlıdır.
Müdafiə xəttinin sol cinahını gücləndirməyi planlaşdıran baş məşqçi Xosep Quardiola futbolçunun keçidində şəxsən maraqlıdır.
Ancaq klubundan razı olan Benin İPL-də "Arsenal"a rəqib olan hər hansısa komandaya keçəcəyi real görsənmir.
Röya