Argentina millisinin və "Aston Villa"nın qapıçısı Emiliano Martines karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "CalcioMercatoWeb" yayıb.
Xəbərə görə, DÇ-2022-nin son qalibinin xidmətində "Yuventus" maraqlıdır. Mənbə Turin təmsilçisinin Martinesi öz qapıçısı Voytsex Şensnı ilə dəyişməyə hazır olduğunu vurğulayıb. Yazılanlara inansaq, Şensnı da "qoca sinyora"nı tərk etmək istəyir.
Qeyd edək ki, daha öncə mətbuatda "Aston Villa"nın baş məşqçisi Unai Emerinin DÇ-2022-nin finalı matçından sonra etdiyi təxribatçı hərəkətlərdən qıcıqlandığını və onu komandadan uzaqlaşdırmaq niyyətinə düşdüyü barədə xəbərlər yayılıb.
Nihat