"Çelsi" Braziliyanın "Vasko da Qama" klubunun istedadlı gənc oyunçusu Andrey Santosu sıralarına qatmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, komanda yoldaşları isə 18 yaşlı yarımmüdafiəçinin getməsini istəmirlər.
"Vasko da Qama"nın oyunçuları Santosun gedişini əngəlləmək üçün əllərindən gələni edirlər. Bir neçə oyunçu lent parçası götürərək meydançada onun əl-qolunu və ayaqlarını bağlayıblar. Təbii ki, onların davranışında emosional şantaj yoxdur, Santos da halından məmnun görünür:
Qeyd edək ki, Andrey Santos tibbi müayinədən keçmək üçün bu gün Londona uçmalıdır.
Mirağa