2022-ci ildə qiyməti ən çox ucuzlaşan futbolçuların adları bəlli olub.
Fanat.Az xəbər verir ki, "Transfermarkt" portalı ən çox məzənnədən düşən oyunçuların siyahısını dərc edib.
Hazırda bazar dəyəri 55 milyon avro ilə qiymətləndirilən Belçika millisinin və Milan "İnter"inin forvardı Romelu Lukaku 45 milyon avro ucuzlaşdığı üçün ilk pillədə yer alıb. "10-luq" isə belədir:
1. Romelu Lukaku (55 milyon (-45 milyon), "İnter")
2. Stefan de Vrey (15 (-30), "İnter")
3. Markus Raşford (55 (-30), "Mançester Yunayted")
4. Yussef En-Neseri (15 (-25), "Sevilya")
5. Memfis Depay (20 (-25), "Barselona")
6. Antuan Qrizmann (25 (-25), "Atletiko Madrid")
7. Timo Verner (25 (-25), "RB Layptsiq")
8. Markos Lyorente (35 (-25), "Atletiko Madrid")
9. Rafael Varan (40 (-25), "Mançester Yunayted")
10. Ceydon Sanço (60 (-25), "Mançester Yunayted")
Nihat