“Zirə”də ayrılıq reallaşıb.
Fanat.Az xəbər verir ki, "qartallar" Təmkin Xəlilzadə ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçiylə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.
"Zirə" Təmkin Xəlilzadəyə göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.