"Çelsi" yayda azad agentə çevrilən Nqolo Kanteni buraxmaq istəmir.
Fanat.Az xəbər verir ki, məlumatı “The Athletic” yayıb.
Mənbənin məlumatına görə, London klubu fransalı yarımmüdafiəçi ilə müqaviləni yeniləməyə yaxındır. Tərəflər danışıqlarda irəliləyiş əldə ediblər.
31 yaşlı Kante yeddi mövsümdür - 2016-cı ilin yayından "Çelsi"də çıxış edir. O, zədə səbəbindən 2022-ci il dünya çempionatını buraxıb.
Mirağa