"Kəpəz"in hücumçusu Abdullahi Şuaybu gələcək karyerası ilə bağlı qərarını verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 3 klubdan real təklif alan nigeriyalı forvard qış fasiləsi ərəfəsində Gəncə təmsilçisinin rəsmiləri ilə görüşərək iş yerini dəyişməyə can atmadığını deyib.
Bu isə o deməkdir ki, yayda "Kəpəz"ə qoşulan 20 yaşlı ön xətt oyunçusu ən azı müqaviləsinin müddəti başa çatanadək bölgə komandasında oynayacaq.
Klubun rəsmi mövqeyini öyrənmək üçün mətbuat katibi Azad Musatafayevlə əlaqə saxladıq. "Kəpəz"in sözçüsünün dedikləri belə oldu:
"Şuaybu qalır. Əlbəttə, maraqlananlar, onu heyətinə qatmaq istəyənlər var. Ancaq özü də komandasını dəyişməkdə maraqlı deyil".
Qeyd edək ki, Şuaybu "Kəpəz"lə 1+1 sxemi üzrə anlaşma imzalayıb.
Nihat