"Napoli"nin vingeri Xviça Kvaratsxeliya Neapol təmsilçisində 77 nömrəli geyim dəstindən istifadə etməsinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 21 yaşlı istedadlı oyunçunun dediyini DAZN belə çatdırıb:
"77" ilə xüsusi bağlılığım yoxdur, amma "7" sevdiyim rəqəmdir. Eləcə də bu, Kriştianu Ronaldunun nömrəsidir. Ona görə götürmüşəm".
Xatırladaq ki, Xviça "Napoli"yə bu ilin yayında Batumi "Dinamo"sundan transfer olunub. Neapolluların forması ilə bütün turnirlərdə 17 matçaq çıxan gürcü futbolçu 8 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası A Seriyasının turnir cədvəlində lider mövqeyində qərarlaşıb.
Nihat