"Neftçi"nin futbolçusu Fərid Yusifli əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ikitərəfli qasıq yırtığına görə cərrahi müdaxiləyə ehtiyac duyub.
Onun əməliyyatı uğurlu alınıb. Yusifli 4 həftədən sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, yarımmüdafiəçi Premyer Liqanın 17-ci turunda dekabrın 15-də “Turan Tovuz”la keçirilmiş səfər oyununda zədələnib.