“Şamaxı” klubu Adil Nağıyevlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən müdafiəçi məxsus olduğu “Səbail”ə qayıdıb.
Bu barədə "Səbail" klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu mövsümün əvvəlində “dənizçilər”dən “Şamaxı”ya icarə əsasında transfer olmuşdu.