"Mançester Siti"nin hücumçusu Erlinq Holand rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, 22 yaşlı forvard İngiltərə Premyer Liqasının XVIII turunda "Everton"la oyunda 21-ci qolunu vurub.
Buna kimi heç bir futbolçu İPL-də il sonuna qədər 21 qol vurmağa müvəffəq olmayıb.
Qeyd edək ki, norveçli futbolçu "Mançester Siti"yə 2022-ci ilin yayında keçib.
Röya