Çempionlar Liqasının üçqat qalibi Dani Alves cinsi zorakılıqda ittiham olunur.
Fanat.Az xəbər verir ki, bu barədə ABC qəzeti məlumat yayıb.
Hadisəsi Barselonadakı gecə klublarından birində baş verib. Qadın braziliyalının ona toxunduğunu, lakin futbolçunun ətrafının zorakılıq faktını inkar etdiyini bildirib.
Kataloniya polisi iddia edilən zorakılıq faktı ilə bağlı araşdırmaya başlayıb. Qadın Barselonadakı xəstəxanada tibbi müayinədən keçib və polis ondan ifadə alıb.
Röya