Bu gün Azərbaycan Premyer Liqa təmsilçilərindən biri - "Zirə" təlim-məşq toplanışına başlayır.
Fanat.Az xəbər verir ki, hamıdan əvvəl hazırlığa başlayacaq "qartallar" Antalyada bir araya gələcək.
Bu səhər saat 08:25-də Bakını tərk edən komanda “İC Green Palace” otelində məskunlaşacaq. Rəşad Sadıqovun baş məşqçi olduğu paytaxt təmsilçisi toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 10-da Rumıniyanın “Çindia”, 17-də isə Macarıstanım “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq.
“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.
Mirağa